Məşhur baş məşqçinin "sağ əli": "Neftçi"yə gəlirik, bitdi!"

19 İyun 2023 09:40 Neftçi 3 706
Məşhur baş məşqçinin "sağ əli": "Neftçi"yə gəlirik, bitdi!"

"Beşiktaş"ın sabiq baş məşqçisi Sərgən Yalçın yaxın günlərdə Azərbaycana gələcək.

2021-ci ilin dekabrında "qara qartallar"ın sükanı arxasından ayrılan tanınmış mütəxəssisin Bakıya səfərində məqsəd "Neftçi" ilə danışıqlar aparmaqdır.

Lorentsiu Regekampfla vdalaşmağas hazırlaşan "ağ-qaralar" türkiyəli çalışdırıcı ilə əməkdaşlıq etmək niyyətindədir.

SOCAR-ın ali təmsilçiləri tərəfindən belə bir dəvət alan Sərgən Yalçının "ağ-qaralar"la anlaşmaq ehtimalı yüksəkdir.

Hər halda "Beşiktaş"da onun əsas köməkçisi işləmiş və "Neftçi"yə də gətirəcəyi gözlənilən Murat Şahin Sportinfo.az-a açıqlamasında belə deyib:

"Bir müddətdir danışıqlar gedir. Demək olar ki, artıq çox şey bitib.

"Neftçi"də işləmək bizim üçün çox böyük təcrübə olacaq. Azərbaycan çempionatı heç də asan deyil.

İnşallah, planlarımızı həyata keçirərək, arzuladığımız "Neftçi"ni izləyərik. Yenə də hər şeyi zaman göstərəcək.

Sərgən Yalçının başqa təklifləri də var. O, iddialı klubda çalışmaq istəyir.

Bu səbəbdən ilyarımdır gözləyir. Ona görə də qarşıdakı 2-3 gün içində Bakıda olacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti