"Neftçi"nin Bosniya və Herseqovinada yerli "Jelezniçar"a qarşı keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa böyük maraq var.
Sportinfo.az xəbər verir ki, paytaxt Sarayevodakı “Qrbavitsa” stadionunun qərb və şərq tribunalarının biletləri artıq tükənib.
Nəşr qarşılaşma üçün paytaxtda görünməmiş izdihamın hökm sürdüyünü və bilet almaq üçün vətəndaşların uzun növbələr yaratdığını bildirib.
İyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

