"Neftçi"nin nə edəcəyini görəcəyik, bizim isə problemlərimiz var"

27 İyul 2023 01:30 Neftçi 1 819
"Neftçi"nin nə edəcəyini görəcəyik, bizim isə problemlərimiz var"

"Özüm haqqında danışmağa nifrət edirəm.

Rəqib haqqında çoxlu məlumat aldıq, bizim daha yaxşı çıxış etməyimiz vacibdir.

Çünki siz isə ancaq komandanızın əla oynadığı halda yaxşı ola bilərsiniz.

Komandam yaxşı hazırlaşıb. Ümid edirəm ki, sabah bunun bəhrəsini görəcəklər".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Jelezniçar"ın (Bosniya və Herseqovina) baş məşqçisi Nermin Başiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun haqda danışarkən deyib.

O, matçdan əvvəl təşkil olunan məbuat konfransında bildirib:

“Neftçi” barədə çox danışmağa ehtiyac yoxdur. Çünki onlar ciddi titullar qazanıblar, 9 dəfə ölkə çempion olublar.

Amma biz buna aldanmayacağıq. Baş məşqçiləri də tanınmış simadır. Adrian Mutu hücum futbolunu sevir.

"Neftçi"yə qarşı oyuna hazırlaşmaq üçün vaxtı çox az idi. Nə edəcəyini görəcəyik. Bizim isə heyətlə bağlı problemlərimiz var.

Bəzi futbolçuların oynayacağına əmin deyilik. Buna baxmayaraq, pozitiv yanaşıram. Azarkeşlərə söz verirəm ki, mübarizə aparacağıq”.

İyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti