Məşhur rumıniyalının “Neftçi”ni çalışdırması nə dərəcədə realdır?

5 İyul 2023 13:00 Neftçi 4 206
Məşhur rumıniyalının “Neftçi”ni çalışdırması nə dərəcədə realdır?

Lorentsiu Regekampfla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam evrən “Neftçi” hələ də yeni baş məşqçi tapmayıb.

Düzdür, SOCAR baş sponsoru olduğu klubun əsas problemini həll eləmək üçün xeyli vaxtdır çalışmaqdadır, amma nəticə yoxdur.

Sergen Yalçınla danışıqları alınmayan neft şirkətinin mənsublarının indi də Adrian Mutunu gündəminə almasına dair xəbərlər var.

İddialara görə, “ağ-qaralar” rumıniyalı çalışdırıcı ilə intensiv danışıqlar aparır və yaxın günlərdə anlaşmanın əldə olunması gözlənilir,

Apardığımız araşdırmaya əsasən deyə bilərik ki, Regenin həmyerlisi “Neftçi”nin namizədlər siyahısında özünə yer edib. O, adı masanın üzərində olan 5 mütəxəssisdən biridir.

Rumıniya futbolunun canlı əfsanəsi 2021-ci ildən "Rapid"də çalışır. Onun hazırkı klubu ilə kontraktı 2025-ci ilədək qüvvədədir.

Vaxtilə ölkəsinin əsas millsinin aparıcı sımalarından biri olmuş, “İnter”, “Çelsi”, “Yuventus”, “Parma, “”Fiorentina” kimi Avropanın bir çox tanınmış klublarının formasını geyinmiş, 2018-ci ildən əşqçilik həyatına atılmış Mutu fəaliyyətini Azərbaycanda davam etdirməyə həvəslidir.

Sadəcə, Buxarest təmsilçisi onun buradan ayrılmasının əleyhinədir. “Neftçi” Mutunu gətirmək istəyirsə, Cici Bekalinin sahibi olduğu “Rapid”ə 400 min avro civarında kompensasiya ödəməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti