"Neftçi"nin potensial rəqibləri Bakıya 2:2 ilə gəlir

14 İyul 2023 00:40 Neftçi 1 600
"Neftçi"nin potensial rəqibləri Bakıya 2:2 ilə gəlir

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

"Neftçi"nin mümkün rəqibləri olan Bosniya və Herseqovinanın "Jelezniçar" və Belarusun "Dinamo" (Minsk) klubları isə Sarayevoda qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Komandalar arasında cavab matçı iyulun 20-də Bakıda, "Azərsun Arena"da keçiriləcək.

Buna səbəb UEFA-nın Belarus klublarının avrokubok matçlarını neytral meydanda keçirməsi barədə qərarıdır.

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab matçları iyulun 18-i və 20-də keçiriləcək.

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo" (Minsk, Belarus) - 2:2

Qollar: Bakhar, 41 (0:1), Morozov, 50 (0:2), Haraçiç, 85 (1:2), 90+1 (2:2)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti