“Neftçi”də belə fikirləşən var: “Bu, əla fürsətdir, xeyrimizə işləyəcək”

6 İyul 2023 01:00 Neftçi 1 287
“Neftçi”də belə fikirləşən var: “Bu, əla fürsətdir, xeyrimizə işləyəcək”

"Neftçi"nin futbolçusu Kilan Lebon Sankt-Peterburqda keçirilən "Matç TV" kuboku ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "Matç TV"yə danışan yarımmüdafiəçi açılış oyununda "Zenit"ə 1:3 hesablı məğlubiyyətinə şərh verib:

"Zenit"ə qarşı yaxşı görünürdük. Lakin fasilədən sonra vəziyyət dəyişdi.

Rəqib hərəkət artırdı. Belədə, işimiz çətinləşdi.

Bu turnir öz gücümüzü böyük komandalara qarşı sınamaq üçün əla fürsətdir. Xeyrimizə işləyəcək".

"Neftçi" - "Fənərbaxça" matçı iyulun 15-də Sankt-Peterburqda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Buna qədər bakılılar iyulun 8-də Serbiyanın "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti