"Fənərbaxça"nın önünə çıxan "Neftçi"dən VİDEO+FOTOREPORTAJ

16 İyul 2023 01:10 Neftçi 1 301
"Fənərbaxça"nın önünə çıxan "Neftçi"dən VİDEO+FOTOREPORTAJ

Sankt-Peterburqda “Neftçi” və “Fənərbaxça” arasında oyun keçirilib .

Sportinfo.az xəbər verir ki, Azərbaycan və Türkiyə təmsilçiləri “Kubok Pari Premyer” turniri çərçivəsində üz-üzə gəlib və həmyerlilərimiz 0:1 hesabı ilə uduzub.

Yeganə qolu 73-cü dəqiqədə Edin Ceko vurub Bu, eyni zamanda rumıniyalı mütəxəssis Adrian Mutunun “Neftçi”nin baş məşqçisi qismində ilk oyunu olub.

“Neftçi” - “Fənərbaxça” matçı ilə turnirə yekun vurulub.

Beləliklə, Bakı təmsilçisi turniri 0 xalla sonuncu pillədə bitirib. 9 xal yığan “Srvena Zvezda” qazanlb. “Zenit” ikinci yeri (5 xal), “Fənərbaxça” (4 xal) üçüncü yeri tutub.

Bakı klubu bunadək keçirdiyi oyunlarda “Zenit” və “Srvena Zvezda”ya müvafiq olaraq 1:3 və 0:4 hesabı ilə uduzub.

Komanda bu nəticə 4 komandalı turnirdə axırıncı yeri tutub. Turnirin qalibi isə "Srvena Zvezda" olub.

"Neftçi" - "Fənərbaxça" 0:1

Qol: Edin Ceko, 72

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti