"Neftçi"nin bu gün yollları ayırdığı Laurentsiu Regekampfa ödədiyi təzminat müəyyənləşib.
Sportinfo.az "playsport.ro"ya istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis 45 min avro təzminat alıb.
Sayt həmçinin Regekampfın ölkəsinin "Universitatya Krayova" klubu ilə danışıqlar apardığını yazıb.
Regekampf 2022-ci ilin iyun ayından "Neftçi"ni çalışdırırdı. Komanda onun rəhbərliyi ilə titul qazana bilməyib.
"Neftçi" 2022/23 mövsümünü Premyer Liqada 3-cü yerdə başa vurub, kubokun finalında isə "Qəbələ"yə uduzub.
Ümumilikdə "Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.

