“Neftçi”yə qayıtmaq üçün YARIM MİLYON istədi – SON DƏQİQƏ

25 Avqust 2023 14:00 Neftçi 10 569
“Neftçi”yə qayıtmaq üçün YARIM MİLYON istədi – SON DƏQİQƏ

Sabir Buqrinin yenidən “Neftçi”yə dönmək üçün nə qədər pul istədiyi məlum olub.

Mərakeşli yarımmüdafiəçi 500 min dollar qarşılığında ağ-qara formanı təkrar geyinməyə hazırdır.

Afrikalı legionerin tələbi ilk qazancı ilə müqayisəyə gəlmir. 2020-ci ilin iyulunda “Neftçi”yə gələn, 2022-ci ilin yanvarında buradan ayrılan Buqrinin həmin dönəmdə aylıq məvacibi 7000 dollar olub.

O, indi Premyer Liqanın başqa 2 klubundan da cavab gözləyir. Menecerlər Sabirin xidmətini “Sabah“ və “Araz-Naxçıvan“a da təklif edib.

Hazırda müqavilə ilə “Esperans”a (Tunis) məxsus olan 27 yaşlı orta sahə oyunçusu avqustun 27-dən etibarən azad agent statusu daşıyacaq.

“Esperans” ona 270 min dollar borcu ödəmədiyi üçün FİFA-ya şikayət edib.

2020/2021-ci il mövsümündə paytaxt klubu ilə Azərbaycan çempionu olan Sabirin Tunisə yollanmasının da qalmaqallı alınmasını xatırladaq.

Belə ki, "Esperans" danışıqların şərtinə əməl etməyib, "Neftçi"yə çatası təzminatı vaxtında ötməyib.

Odur ki, «ağ-qaralar» onlardan FİFA-ya şikayət göndərib, adıçəkilən qurum isə məsələni araşdırandan sonra "Esperans"a transfer qadağası qoyub.

Proses bir neçə ay sürüb və nəhayət, Tunis şəhərinin eyniadlı təmsilçisi ötən ilin avqustunda 827 min manat məbləğində təzminatı klubun hesabına köçürüb.

Bundan sonra FIFA "Esperans"a qoyduğu transfer qadağasını götürüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar