“Məni “Neftçi”də saxlayan müqaviləmdir” - Tənqidlərə BU AÇIQLAMA ilə nöqtə qoydu!

24 Avqust 2023 21:20 Neftçi 5 012
“Məni “Neftçi”də saxlayan müqaviləmdir” - Tənqidlərə BU AÇIQLAMA ilə nöqtə qoydu!

“Bu, mənim yaralı yerimdir. Deyilən kimi olsaydı, inanın, mənə təsir etməzdi”.

“Neftçi”nin futbolçusu Azər Salahlı haqqında dolaşan şayiələrlə ilə bağlı Sportinfo.az-a açıqlama verib.

2022-ci ilin əvvəlindən “ağ-qaralar”ın şərəfini qoruyan müdafiəçi hər imkanda azarkeşlərin tənqidi ilə üzləşir. Hətta yüksək səviyyədə keçirdiyi oyundan sonra belə, haqqında xoşagəlməz ifadələr yazılır, səsləndirilir.

Əksəriyyətin fikrincə, Azəri “Neftçi”də saxlayan hansısa qüvvə var. Və həmin gözəgörünməz qüvvənin sayəsində komandadan uzaqlaşdırılmır.

Adı azarkeşlərin dilindən düşməyən səbəbkar məlum mövzuyla bağlı hər kəsi maraqlandıran sualın cavabını verib:

“Futbola gəlmək üçün hansı çətinliklərdən keçdiyimi məni yaxından tanıyanlar və mənimlə futbol oynayanlar yaxşı bilir.

Allah şahiddir ki, bu günə kimi kiminsə tapşırığı sayəsində futbol oynamamışam. Bunu özümə sığışdırmaram.

Bu günə kimi nə etmişəmsə, zəhmətimlə, alın tərimlə etmişəm. İstər “Neftçi”yə keçidim olsun, istərsə də milli komandaya çağrılmağım.

Ona görə də tapşırıqla oynamağım barədə nəsə eşidəndə mənə çox pis təsir edir.

Yazırsınız ki, Azəri “Neftçi”də kim, yaxud nə saxlayır? Məni “Neftçi”də saxlayan müqaviləmdir. Klubla 2024-cü ilin yayına qədər sözləşməm var”.

Azər Salahlı karyerası ərzində “Şamaxı”, “Sumqayıt”, “Qarabağ” və “Neftçi”nin şərəfini qoruyub ki, Premyer Liqada 160 oyunda meydana çıxıb, 7 qol vurub.

Azərbaycan millisində 24 matçda 1 qolla yadda qalıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar