SON DƏQİQƏ: "Neftçi"dən iki ulduz futbolçu transferi – GÜNÜN ŞOK XƏBƏRİ!

24 Avqust 2023 13:00 Neftçi 7 487
SON DƏQİQƏ: "Neftçi"dən iki ulduz futbolçu transferi – GÜNÜN ŞOK XƏBƏRİ!

«Neftçi» hazırda iki tanınmış futbolçu ilə danışıqlar aparır.

Bu barədə Sportinfo.az-a SOCAR rəhbərliyinə yaxın mənbə məlumat verib.

Redaksiyamıza daxil olan informasiyaya görə, yeni transferlərin tezliklə gerçəkləşdirilməsi istiqamətində gərgin iş aparılır.

Burada söhbət elə-belə adlardan getmir. Bakılılar həqiqətən «ulduz» adlandıra biləcəyimiz oyunçulardan danışırıq.

Məsələ ciddidir və klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf prosesin gedişatını şəxsən nəzarətdə saxlayır.

Saytımıza ad açıqlanmasa da, «ağ-qaralar»ın maraq dairəsinə düşən əcnəbilərin qiyməti kifayət qədər yüksəkdir. İlkin rəqəmlərdən 1,2-1,3 milyon dollardan başlayır.

Adrian Mutunu baş məşqçi postuna gətirən paytaxt təmsilçisi bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki və Aaron Samuel Olanare ilə müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM