İkin Fikrətoğludan "Neftçi" haqda bir neçə maraqlı fikir - VİDEO

23 Avqust 2023 23:00 Neftçi 1 537
İkin Fikrətoğludan "Neftçi" haqda bir neçə maraqlı fikir - VİDEO

“Neftçi”dən xüsusi bir gözləntimiz yox idi”.

Bu sözlər “Sportinfo TV”nin şef-redaktoru İlkin Fikrətoğluna məxsusdur.

O, Konfrans Liqasında bir mərhələ adlayan, növbəti raundda “Beşiktaş”a uduzan “ağ-qaralar”ın turnirlə vidalaşmasının sakit qarşılanmalı olduğunu bildirib:

“Komanda mövsümlərarası dövrün böyük hissəsini məşqçi axtarışına, rəhbər dəyişikliyinə həsr etdi deyə, nə düz-əməlli hazırlıq keçdi, nə də heyət forrmalaşdırdı.

Baş məşqçi Adrian Mutu hər dəfə komandanın normal hazırlıq keçmədiyini dilə gətirir.

“Neftçi”dən “Beşiktaş”a qarşı layiqli oyun göxləyirdik, onu da müəyyən mənada bacardılar. Bakıdakı 3:1-lik qələbə ilə məsələni həll edən “Beşiktaş” ilk yarıda “Neftçi”yə oynamaq imkanı verdi.

Mutunun komandası da bundan əla istifadə etdi, hesabda irəli çıxdı. Amma ikinci hissədə “Beşiktaş” təzyiqi artlran kimi hər şey yerini aldı”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM