"Neftçi"nin gəncindən Mutunu əsəbləşdirəcək HƏRƏKƏT - VİDEO

22 Avqust 2023 21:20 Neftçi 2 887
"Neftçi"nin  gəncindən Mutunu əsəbləşdirəcək HƏRƏKƏT - VİDEO

Əvəzedicilərin çempionatında 3-cü tur arxada qaldı.

Turun ən qalmaqallı hadisəsi "Sabah-2" və "Neftçi-2" arasında keçirilən matçda yaşanıb.

Belə ki, meydan sahiblərinin qələbəsi ilə (1:0) başa çatan görüşün sonuna saniyələr qalmış "ağ qaralar"ın müdafiəçisi Rüfət Abbasov rəqibinə qarşı çox sərt müdaxilə ilə yadda qalıb.

Və haqqlı olaraq qarşılaşmanın baş hakimi Rəşad Əhmədov qırmızı vərəqə ilə onun meydandan kənarlaşdırıb.

Davamında digər futbolçuların mübahisəyə girişməsi ilə ara qarışıb. Səbəb Abbasovun lazımsız hərəkəti olub.

Xoşbəxtlikdən yerdə qalan oyunçu ciddi xəsarət almayıb.

Epizodu təkrar izləyərkən də açıq-aydın görünür ki, 18 yaşlı futbolçunun məqsədi topa müdaxilə yox, rəqib oyunçunun ayağına vurmaq olur. Buna vurmaq demək yox, adını şiddət, təcavüz qoymaq belə azdı.

Rüfətin hərəkəti nə insanlığa sığır, nə bir futbolçu kimi ona yaraşır.

Nəzərə alaq ki, o, həm gənclər millimizin üzvüdür, həm də "Neftçi"nin əsas komandasına zaman-zaman dəvət alır. Ötən mövsüm bir matçda meydana da çıxıb. Yəni "Neftçi"nin gələcəyi hesab olunan adlardan biridir.

Daha intizamlı olmağa, yoldaşlarına nümunə görünməyə məhkumdur. Gələcək karyerası üçün də sadalanan detallar vacibdir.

Axı belə olan halda Adrian Mutu onu əsas komandaya cəlb edə, şans verə bilər. İndiki hərəkətindən sonra rumıniyalı onu birdəfəlik "qara siyahı"ya salsa belə təəccüblənməyə dəyməz.

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar