Bu müqavilə "Neftçi"ni qara gündən ağ günə çıxara bilər?

22 Avqust 2023 11:00 Neftçi 2 124
Bu müqavilə "Neftçi"ni qara gündən ağ günə çıxara bilər?

Sportinfo.az xəbər verir ki, “Neftçi” baş icraçı direktoru Fərrux Mahmudov “Procter&Gamble” şirkəti ilə əməkdaşlıq müqaviləsi və klubun cari məqsədləri barədə sualları cavablandırıb.

- Bu şirkətin sizinlə əməkdaşlığı sizə hansı faydalıarı verəcək?
- Bəli, üçüncü ildir ki, PG şirkətilə əməkdaşlıq edirik. Bunlar elə şirkətdir ki, hər reklam maddi investisiyaya görə böyük məsuliyyət daşıyır. Bizim digər sponsorları cəlb etmək üçün bu şirkətin bizimlə əməkdaşlığı fayda verəcək.

- Bu müqavilə "Neftçi"ni qara gündən ağ günə çıxara bilər? Çempion ola bilərsiz?
- Burada başqa məqsədlə yığışmışıq. Çempionluq məsələsi başqadır. İrakli də mən də yeni təyin olunmuşuq. İnanıram ki, biz yenilik gətirəcəyik.

- Mövsüm başlayandan üçüncü müqavilədir. Ardı gələcək?
- Təbii ki, bizim media və marketinq şöbəmiz bu barədə geniş işlər aparır. Davamı gələcək.

- Sponsorların sayı artır. Sponsorların gözləntilərini qarşılayırsız?
- Təbii ki, qarşılayırıq. Bu olmasaydı, inanmıram ki, bu şirkət bizimlə əməkdaşlığı artırardı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar