“Neftçi”də ehtiyatda qaldı, Azərbaycan dilində paylaşım etdi - FOTO

21 Avqust 2023 20:40 Neftçi 4 258
“Neftçi”də ehtiyatda qaldı, Azərbaycan dilində paylaşım etdi - FOTO

“Sabah” – “Neftçi” görüşündə (1:1) Adrian Mutu sürpriz qərarla yadda qaldı.

Premyer Liqanın 3-cü turu çərçivəsində baş tutan oyunda rumıniyalı çalışdırıcı İvan Brkiçi ehtiyatda saxlayıb, Rza Cəfərova şans vermişdi.

20 yaşlı qapıçının inamlı çıxış etdiyini deyə bilərik. Buraxılan qolda səhvə yol versə də, oyunun gedişində etdiyi qurtarışlar komandasının xeyrinə işlədi.

Matç başa çatandan sonra Rzanı ilk təbrik edənlər təcrübəli həmkarları – İvan Brkiçlə Aqil Məmmədov oldu.

Azarkeşlərin sevimlisinə çevrilən Brkiç oyun başa çatandan sonra “instagram” hesabında maraqlı paylaşım edib.

Xorvat qolkiper Rza ilə şəklini paylaşaraq, yaşça kiçik həmkarını Azərbaycan dilində yazdığı sözlərlə təbrik edib: “Təbriklər, mənim qardaşım”.

Rza Cəfərov Premyer Liqada ötən mövsüm debüt etmişdi. Laurentsiu Regekampf gənc qapıçıya “Sumqayıt”la səfər qarşılaşmasında (2:2) şans vermişdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar