“Neftçi”dəki məşhur cütlük İstanbulda sürprizlə qarşılaşdı – FOTOLAR

21 Avqust 2023 20:00 Neftçi 2 613
“Neftçi”dəki məşhur cütlük İstanbulda sürprizlə qarşılaşdı – FOTOLAR

“Neftçi”nin futbolçusu Ataa Caber və həyat yoldaşı Kader Caber İstanbulda sürprizlə üzləşib.

Hadisə “ağ-qaralar”ın “Beşiktaş”la oyun üçün sözügedən şəhərə səfəri zaman baş verib.

Cütlük İstanbulda İsraildən olan Xaluf adlı görüşüb. Türkiyədə iş adamı kimi tanınan Xaluf, Caber ailəsinə sürpriz etmək qərarına gəlib.

Gəmi gəzintisi zamanı cütlüyün şərəfinə atəşfəşanlıq edilib, ardınca məşhur Bosfor körpüsündə hər ikisinin adı yazılıb.

Futbolçunun xanımı xoş gündən çəkilən foto və videoları “instagram” hesabında yerləşdirərək bu sözləri yazıb:

“Xüsusi sürprizə görə möhtəşəm dostumuz Xalufa ürəkdən təşəkkür edirəm. Bunu heç vaxt unutmayacağam.

Hörmət, sevgi və peşəkarlığın cəmləndiyi adam, çox sağ ol”.

“Neftçi” İstanbula oyundan iki gün öncə yollandığından, yanvarın 15-i axşam saatlarında futbolçuların şəhərdə gəzmək imkanı olub ki, Ata və Kader bu imkandan yararlanıblar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM