“Neftçi” tarixində ikinci dəfə bu aqibətlə üzləşdi

21 Avqust 2023 11:00 Neftçi 1 079
“Neftçi” tarixində ikinci dəfə bu aqibətlə üzləşdi

“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşib.

Sportinfo.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ilk üç oyunda 2 xal toplayaraq, bunu reallaşdırıb.

Bakı təmsilçisi 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda buna qədər bir dəfə belə startla üzləşib.

"Neftçi" 2017/2018 mövsümünün ilk üç qarşılaşmasında qələbə qazanmayıb. Altı il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.

"Neftçi” cari mövsümün ilk üç matçında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub, “Səbail” və “Sabah”la (1:1) heç-heçə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar