Emin Mahmudov və Qara Qarayev yeni rəhbərə dedi ki...

20 Avqust 2023 19:25 Neftçi 39 872
Emin Mahmudov və Qara Qarayev yeni rəhbərə dedi ki...

Dünən “Procter&Gamble” (P&G) şirkəti ilə “Neftçi” arasında sponsorluq barədə saziş imzalanıb.

Tədbirdə iştirak edənlər arasında klubun baş icraçı direktor Fərrux Mahmudov, futbolçulardan Emin Mahmudov və Qara Qarayev də yer alıb.

Mərasimin başlanmasına az qalmış adıçəkilən üçlü arasında baş tutan maraqlı dialoq diqqətimizdən qaçmayıb.

Belə ki, Fərrux bəy sevimli futbolçularına yaxınlaşıb, hal-əhval tutan kimi onlara "Sabah"la oyuna hazırsız" - deyə sual ünvanlayıb.

Mahmudov və Qarayev isə eyni anda rəhbər şəxsə "Yüksək səviyyədə" - deyə cavab veriblər.

Tərəflərin gülüşünə səbəb olan bu cavab yeni rəhbərin ürəyincə olub.

"Sabah" - "Neftçi" görüşü bu gün axşam, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!