Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi avqustun sonunadək “Neftçi”dən ayrıla bilər.
Bakı klubu bu ilin yanvarında sıralarına qatdığı müdafiəçinin xidmətində maraqı deyil.
Cənubi Azərbaycan “Traktor”undan alınan 30 yaşlı arxa xətt oyunçusu yeni baş məşqçi Adrian Mutunun diqqətini çəkməyib.
Rumıniyalı mütəxəssis ilin əvvəlində 1,5 illik müqaviləyə qol çəkmiş Höccətin «Neftçi»nin səviyyəsindən çox geri qaldığı qənaətindədir.
Çalışdırıcı Haqverdiyə özünə yeni komanda tapmağı məsləhət görüb.
Höccət Haqverdi 2021-ci ilin yanvarından 2022-ci ilin yayına qədər “Sumqayıt”ın formasını geyinib.
SPORTİNFO.AZ

