Tanınmış azərbaycanlı hücumçu: "Həyatımda heç nəyə görə peşman deyiləm"

19 Avqust 2023 17:20 Neftçi 942
Tanınmış azərbaycanlı hücumçu: "Həyatımda heç nəyə görə peşman deyiləm"

"Mən ora gedəndə yeni baş məşqçi gəlmişdi, klub çətin vəziyyətdə idi",

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin hücumçusu Mahir Emreliyə məxsusdur.

İyunda müqavilə ilə məxsus olduğu Zaqreb "Dinamo"sunun düşərgəsinə qayıdan forvard "Konyaspor"dakı çıxışını dəyərləndirib.

Fevral-may ayları aralığında Super Liqada icarə əsasında forma geyinən həmyerlimiz deyib ki, Türkiyədə daha yaxşısını etmək olardı:

"Komanda uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim.

Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Superliqa həqiqətən güclü və rəqabətlidir.

Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı.

Ümumiyyətlə, həyatımda heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar