Yay fasiləsində "Qarabağ"ı "Neftçi"yə dəyişən Qara Qarayev Sportinfo.az-a açıqlamasında səmimi etirafla yadda qalıb.
Dayaq yarımmüdafiəçisi "Neftçi"yə keçidində önəmli rolu olan Emin Mahmudova daha əvvəl "Qarabağ"a gəlməsi üçün cəhd etdiyini bildirib:
"Neftçi"yə keçidimdə Emin Mahmudovun önəmli rolu olub. Əksi olubmu
? Bəli, daha əvvəl Eminin "Qarabağ"a transferi üçün kiçik cəhdim olmuşdu. Lakin bu çox da uzun çəkmədi.
Perespektiv görmədim deyə yox, sadəcə, maraqlar toqquşmadığı üçün geri çəkildim. Mənim üçün iki tərəfin də maraqları önəmlidir.
Bir tərəfdə klub, digər tərəfdə mənim qardaşım olan Eminin dəyərləri ortaq olmalıdır. Ona görə də bəzi şeylər alınmadı deyə, çəkildim kənara".
XANOĞLAN

