“Daha dözə bilmədim”- "Neftçi"nin yarımmüdafiəçisi əməliyyat olundu

18 Avqust 2023 20:20 Neftçi 1 091
“Daha dözə bilmədim”- "Neftçi"nin yarımmüdafiəçisi əməliyyat olundu

"Neftçi"nin futbolçusu Eddi İsrafilov əməliyyat olunub.

Sportinfo.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin diz oynağında artroskopik olaraq meniskdə təmizlənmə əməliyyatı aparılıb

Oyunçu 3-4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Eddi İsrafilov bununla bağlı açıqlama verib: “Uzun müddət menisk yırtığı ilə oynayırdım, amma daha ağrıya dözə bilmədim və meniskdə təmizlənmə əməliyyatı aparıldı.

Zədələrim fərqli zədələr deyildi, həmişə eyni zədə olub.

Buna baxmayaraq, ağrıkəsicilərdən istifadə edərək oynamağa davam edirdim. Arzu edirəm ki, tezliklə bərpa olum və bu mövsümdə qarşımıza qoyulan məqsədlərə çatmaq üçün komandaya kömək edə bilim”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!