"Bu qarşılaşma növbəti matçlar üçün yaxşı nümunə oldu.
Sonadək mübarizə apardıq və döyüşkənliyimizi göstərdik".
Sportinfo.az xəbər verir ki, bunu "Beşiktaş"ın ulduzu Vensan Abubakar Türkiyədə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
32 yaşlı hücumçu bütün komanda yoldaşlarına təşəkkür etdiyini söyləyib:
"Geridönüş edərək komanda ruhunu göstərdik. İkinci hissədə xarakter ortaya qoyduq və çox həvəslə oynadıq. Qələbə qazandığımız üçün xoşbəxtik".
İstanbul təmsilçisi Bakıdakı görüşdə də qələbə qazanmışdı - 3:1.

