"Neftçi" ilə niyə razılaşa bilməyib? - Səbəbi özü açıqladı

18 Avqust 2023 11:20 Neftçi 5 078
"Neftçi" ilə niyə razılaşa bilməyib? - Səbəbi özü açıqladı

Adrian Mutu ilə müqavilə imzalamazdan əvvəl "Neftçi" Sərgən Yalçınla danışıqlar aparsa da razılaşma əldə olunmamışdı.

Sportinfo.az xəbər verir ki, tərəflərin danışıqlarının alınmama səbəbi məlum olub.

Bu barədə Türkiyə futbolunun canlı əfsanəsi yerli mətbuata açıqlama verib. O, "Neftçi" ilə maliyyə məsələsində anlaşmadıqlarını etiraf edib.

51 yaşlı mütəxəssis bunları söyləyib:

"Neftçi" ilə görüşdük. Əslində, gözəl görüş keçdi. Amma maddi problemlər var idi.

Müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi.

Azərbaycana oyunçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyillər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar