“Neftçi" Avropa ilə İstanbulda vidalaşdı - YENİLƏNİB

17 Avqust 2023 23:51 Neftçi 971
“Neftçi" Avropa ilə İstanbulda vidalaşdı - YENİLƏNİB

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub.

36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib.

71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.

Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb.

“Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.

17 avqust

22:00 "Beşiktaş" (Türkiyə) – "Neftçi" 2:1

Qollar: Vinsent Abubakar, 57, Muleka, 71 - Emin Mahmudov, 35

Baş hakim: Yulian Veynberger (Avstriya)
“Beşiktaş” stadionu, İstanbul
İlk oyun – 3:1

"Beşiktaş": 34. Mert Günok, 24. Valentin Rozye, 20. Necip Uysal (k), 12. Daniel Amarti, 77. Umut Meraş, 71. Jan Onana, 21. Demir Tıknaz, 83. Jedson Fernandes, 90. Semih Kılıçsoy, 7. Ante Rebiç, 40. Cekson Muleka.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 4. Onur Bulut, 8. Salih Uçan, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 17. Kerem Kesgin, 19. Amir Hacıahmetoviç, 23. Kartal Yılmaz, 26. Artur Masuaku, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
"Neftçi": 1. İvan Brkiç, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 99. Ervin Koffi, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 11. Kilan Lebon, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov. 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar