“Neftçi” və “Beşiktaş” arasında razılşama əldə olundu - FOTOLAR

17 Avqust 2023 19:00 Neftçi 1 047
“Neftçi” və “Beşiktaş” arasında razılşama əldə olundu - FOTOLAR

“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalanıb.

Sportinfo.az paytaxt klubunun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub.

Rəsmi yeməkdən sonra Bakı klubunun baş icraçı direktoru Fərrux Mahmudov və İstanbul təmsilçisinin ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.

Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin, media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar