"Neftçi" azarkeşlərin İstanbulda belə sevindirə bilər - YOLU VAR...

17 Avqust 2023 16:00 Neftçi 1 233
"Neftçi" azarkeşlərin İstanbulda belə sevindirə bilər - YOLU VAR...

"Neftçi" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Beşiktaş"la səfər matçına çıxacaq.

Doğma meydanda İstanbul nəhənginə 1:3 hesabı ilə məğlum olan təmsilçimizə inam azdır.

Həqiqətən, güclü rəqib önündə belə fərqi aradan qaldırmaq asan məsələ deyil.

Nəzərə alaq ki, bu dəfə Mutunun yetirmələri həm də 40 min çılğın fanata qarşı mübarizə aparmalı olacaq.

Çətinliklər bununla da bitmir. Premyer Liqaya uğursuz start verən kollektivdə yorğunluq açıq sezilir.

Başa məşqçi də reallığı dəfələrlə dilə gətirib.

Zədə səbəbindən Bakıdakı matçı buraxan Eddi İsrafilov bugünkü matçda meydanda olmayacaq. Təcrübəli yarımmüdafiəçinin yoxluğu ilk qarşılaşma da açıq görünmüşdü.

Onsuz da "qara qartallar"la mübarizədə "Neftçi"dən heç kim uğurlu nəticə tələb etmirdi. Ən yaxşı şərtlər altında da məğlubiyyət normal qarşılanacaq.

Bu qədər problem fonunda isə olan-alan azacıq ümidlər də puç olub.

Lakin növbəti mərhələ ümidləri möcüzəyə bərabər olsa da, "ağ qaralar"ın futbolçuları azarkeşlərini başqa cür sevindirə bilər.

Necə?

Meydanda layiqli mübarizə aparmaq, sona qədər döyüşməklə.

Lazım olan nəticə qazanılmasa belə, gələcək üçün lazım olan bir bərabərlik və ya layqli mübarizə ilə məğlubiyyət gələcəyə yeni qığılcım yarada bilər.

Bu, Premyer Liqanın qalan matçlarına daha yaxşı atmosferdə köklənməsinə kömək etmiş olacaq.

Əhəmiyyətsiz görünən matç üçün bundan yaxşı motivasiya?

Mutunun açıqlamaları da göstərir ki, təmsilçimiz İstanbula əl-qolunu yanına salıb, asan məğlub olmağa getməyib.

İlk görüşdən sonra "İstanbuldakı matç bizim üçün önəmlidiri" deyən çalışdırıcı oyundan öncəki açıqlamasında da sona kimi təslim olmayacaqarların dilə gətirib.

Komandanın oyundan 3 gün əvvəl qardaş ölkəyə yollanması da onun görüşə hansı ciddiyətlə yanaşmasını göstərir.

İndi qalır futbolçuların rumıniyalının üzünü ağ etməsi.

Bunun üçün 90 dəqiqə vuruşmaq, əsl döyüşçü kimi döyüşmək lazımdır.

Komandanın adına, formasının rənglərinə və tarixinə görə.

Ümid edək ki, çətin görünən missiyanı Mutu və yetirmələri bu axşam "Beşiktaş Arena"da bacaracaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar