Adrian Mutu yeni transferi Türkiyəyə aparmadı - BU SƏBƏBDƏN

16 Avqust 2023 22:40 Neftçi 4 629
Adrian Mutu yeni transferi Türkiyəyə aparmadı - BU SƏBƏBDƏN

"Neftçi" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Beşiktaş"la cavab matçı öncəsi İstanbulda son məşqinə çıxıb.

"Beşiktaş Arena"da meydana ayaq basan futbolçular arasında yeni transfer Qara Qarayev gözə dəyməyib.

Düzdü, onun adı oyunun iştirak ərizəsində yoxdur. Və matçda iştirakı etməyəcəyi öncədən məlum idi.

Lakin eyni vəziyyətdə yeni transfer öncəki mərhələdə "Jelezniçar"la Bosniya və Herseqovinadakı görüşə aparılmışdı.

Məsələn, ciddi zədəsi olan, əsa ilə gəzən Emil Balayev də qardaş ölkəyə aparılan heyətdə yer alıb.

Maraqlıdır, belədə yarımmüdafiəçi niyə kənarda qalıb?

Klubun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Adrian Mutunun yalnız Qarayevlə bağlı fərqli qərar verməsi səbəbsiz deyil.

Belə ki, komandanın sıx qrafikdə oynamasın, qarşıdan önəm matçların gəlməsin nəzərə alan əcnəbi mütəxəssis Qarayevə istirahət verib.

Bu səbəbdən təcrübəli yarımmüdafiəçi Türkiyəyə aparılan heyətdə yer almayıb.

"Beşiktaş" - "Neftçi" görüşü sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək. İlk qarşılaşma "ağ qaralar"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar