“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Bunu “Neftçi”nin futbolçusu Yuri Matias “Beşiktaş”a qarşı keçiriləcək Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
28 yaşlı braziliyalı müdafiəçi “Beşiktaş” stadionunda baş tutacaq qarşılaşmada güclü rəqiblə layiqli mübarizə aparmaq istədiklərini söyləyib:
“Beşiktaş” çox güclü komandadır. Amma bizə xoşdur ki, bu cür rəqiblə qarşılaşacağıq. Futbolda hər şey mümkündür.
İlk görüşdə buraxdığımız qollar ümumi komandanın səhvlərindən oldu. Unutmayaq ki, ikinci hissədə nə qədər epizodlarımız oldu.
Buraxdığımız qollar matçın nəticəsini həll etdi. Səhvlər etdiyimizi bilirik. Sabah bunu təkrarlamamağa və səhvsiz oynamağa çalışacağıq”.
Avqustun 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ
İSTANBUL
Onun açıqlamasına aşağıdakı linkdə baxa bilərsiniz:

