"Neftçi"dən təklif alan hücumçu Qətər klubunda

16 Avqust 2023 20:20 Neftçi 1 541
"Neftçi"dən təklif alan hücumçu Qətər klubunda

"Farul"un (Rumıniya) hücumçusu Denis Alibek karyerasını Qətərdə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin də transfer siyahısında yer alan 32 yaşlı forvard "Muaydar"ə keçib.

Müqavilənin detalları barədə məlumat verilməyib.

“Gazeta Sporturilor” yazıb ki, Bakı təmsilçisi hücumçu üçün rəsmi təklif irəli sürüb. “Neftçi” ona aylıq 50 min avro (təxminən 93 min manat) ödəməyə hazır olub.

Rumıniya mətbuatının yaydığına görə, “Muaydar”ın 8 ay ərzində 800 min avro (təxminən 1,5 milyon manat) təklif etməsi ona daha cəlbedici gəlib.

Rumının "Farul"la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Alıbek əvvəllər İtaliyanın “İnter”, “Bolonya”, Belçikanın “Mexelen”, Türkiyənin “Kayserispor”, Yunanıstanın “Atromitos” və Rumıniyanın “Astra”, “Styaua” və “ÇFR Kluj” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!