"Qarabağ" dünəndən bəri Finlandiyadadır.
Komandamız bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Helsinki" ilə cavab matçına çıxır.
Səfər gedənlər arasında "Neftçi"nin Müşahidə Şürasının sabiq üzvü və tanınmış aktyor Bəhram Bağırzadə də olub.
Məşhur sima sabiq komandasının "Beşiktaş"la cavab oyunun yox, əzəli rəqibin səfər matçına getməyi üstün tutub.
Maraqlıdır ki, Bəhram bəy Bakıda eyni gündə keçirilən ilk matçlar zamanı da seçimin "Qarabağ"dan yana etmişdi.
Görəsən, niyə? Olmaya sevimli klubu ilə arasında hansısa inciklik var?
Suallarımıza cavab tapmaq üçün onun özünə yaxınlaşdıq. Ki, müəmmaya aydınlıq gətirək.
Öncə dilxor görünən Bəhram bəylə hal-əhval tutduq.
Davamında isə danışmaq istəyimizi bildirincə "Mən jurnalistlərlə qurtarmışam" - deyərək yanımdan sürətlə uzaqlaşdı.
XANOĞLAN / SPORTİNFO.AZ

