“Neftçi”: Sən “Beşiktaş”la oyuna getmək istəyirsən?

16 Avqust 2023 13:40 Neftçi 1 095
“Neftçi”: Sən “Beşiktaş”la oyuna getmək istəyirsən?

“Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.

Sportinfo.az “ağ-qaralar”ın mətbuat xidmətinə istinadən məlumatına görə, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.

Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi” klubuna müraciət etməlidirlər.

Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar