“Neftçi” ayda 50 min maaş təklif etdi, Rumıniya millisinin hücumçusu razılaşmadı

15 Avqust 2023 19:20 Neftçi 1 301
“Neftçi” ayda 50 min maaş təklif etdi, Rumıniya millisinin hücumçusu razılaşmadı

“Neftçi” Rumıniya millisinin futbolçusu Denis Alibeçi transfer etmək istəyir.

Sportinfo.az-ın “gsp.ro” saytına istinadən məlumatına görə, Azərbaycan klubu bununla bağlı 32 yaşlı hücumçuya təklif göndərib.

“Ağ-qaralar”ın Alibeçə aylıq 50 min avro maaş təklif etdiyi bildirilir. Lakin onun Azərbaycana köçmək ehtimalı o qədər də yüksək qiymətləndirilmir.

Çünki Qətər klubu “Əl-Muaydar” Alibeçə 8 aylıq müqavilə qarşılığında 800 min avro ödəməyə hazırdır.

Futbolçu özü açıqlamasında hələ seçim etmədiyini bildirib. Ancaq o, “Farul”dan ayrılacağını istisna etməyib: “Farul”dan ayrılmaq çətindir.

Ancaq həll etməli olduğum başqa seçimlər var. Transfer hələ dəqiq deyil. Qətərdə isə qaydalarla bağlı bir az sərbəstlik var”.

Denis Alibeçin “Farul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar