“Neftçi”nin futbolçusu bu xəbəri aldı, tez-tələsik Azərbaycanı tərk etdi - FOTOLAR

15 Avqust 2023 16:40 Neftçi 11 747
“Neftçi”nin futbolçusu bu xəbəri aldı, tez-tələsik Azərbaycanı tərk etdi - FOTOLAR

“Kəpəz”lə oyunun startı ərəfəsində zədələnərək adı iştirak ərizəsindən çıxarılan Eddi İsrafilov hələ də kollektiv məşqlərdə iştirak edə bilmir.

“Beşiktaş”la ilk oyunda forma şansı qazanmayan, cavab görüşündə də iştirak edəcəyi inandırıcı görünməyən 31 yaşlı yarımmüdafiəçi Bakını tərk edib.

İki gün öncə Eddinin ikinci övladı dünyaya gəlib. Millimizin də şərəfini qoruyan futbolçu növbəti dəfə atalıq hissi yaşayacağı gün ispaniyalı xanımının olmağı vacib bilib.

O, bu niyyətlə “Neftçi”nin baş məşqçisi Adrian Mutudan icazə alaraq İspaniyaya yola düşüb.

Eddinin həyat yoldaşı xoş gündən çəkilmiş fotoları “instagram” hesabında paylaşaraq bu sözləri yazıb:

“4 nəfərdən ibarət ailə. Hər şey çox gözəl idi. Hər ikimizə əhsən!

Çox sağ ol, atamız. Mən orada cəmi 4 saat qala bilsəm də, sən 24 saat yolda olub yanımıza gəldin.

Təşəkkür edirəm. Biz səni sevirik və artıq darıxırıq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!