"Beşiktaş"la qarşılaşmada “Neftçi”nin ədalətini kim(lər) qoruyacaq?

15 Avqust 2023 14:20 Neftçi 896
"Beşiktaş"la qarşılaşmada “Neftçi”nin ədalətini kim(lər) qoruyacaq?

“Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Beşiktaş"la İstanbuldakı matçın baş hakimi Avstriyadan Julian Veynberger olacaq.

Ona Andreas Vitsxniqq və Sara Telek kömək edəcək. Stefan Ebnar isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Avqustun 17-i keçiriləcək "Neftçi" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!