"Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq.
Daha həvəsli və sürətli oyun gözləyirəm".
Sportinfo.az xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş "Fatih Karagümrük"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.
72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib:
"Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı".
Təcrübəli baş məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb:
"O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb".
"Neftçi" Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında Bakıda "Beşiktaş"a yenilib - 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.

