Şenol Güneş: “Neftçi”nin oynamasına icazə versəz, problem yaşayacaqsız”

15 Avqust 2023 00:50 Neftçi 708
Şenol Güneş: “Neftçi”nin oynamasına icazə versəz, problem yaşayacaqsız”

Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"ni rəqibi olan "Beşiktaş" Türkiyə Super Liqasında mövsümün ilk oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, "qara qartallar" bu gün "Fatih Karagümrük"lə qarşılaşacaq.

Baş məşqçi Şenol Güneş matçdan öncə yerli jurnalistlərə açıqlama verib.

Təcrübəli mütəxəssis Bakıda "Neftçi"yə qarşı keçirdikləri görüşü yada salaraq diqqətli olmalı olduqlarını bildirib:

"Start fitindən son saniyəyə kimi nəzarət bizdə olmalıdır. "Neftçi" ilə matçın son hissəsəndə yaşadığımız problemdən dərs çıxarmalıyıq.

Futboldə rəqib kim olursa-olsun, oynamasına icazə versəniz, problem yaşayacaqsınız. Buna görə də oyuna nəzarəti əldən vermək olmaz".

"Beşiktaş"- "Neftçi" qarşılaşması 17 avqust tarixində Bakı vaxtilə saat 22:00-da baş tutacaq.

Komandalar arasında Bakıda baş tutan ilk görüş türklərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar