"Mənə dedilər, Mutu istəyir ki…" - "Neftçi"nin yeni məşqçisi

14 Avqust 2023 16:00 Neftçi 2 314
"Mənə dedilər, Mutu istəyir ki…" - "Neftçi"nin yeni məşqçisi

«Təxmin bir ay olardı ki, aramızda danışıqlar gedirdi və yekunda razılıq əldə etdik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin yeni məşqçisi Sənan Qurbanov deyib.

Bu gün “Neftçi”də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat reallaşıb.

Sənan Qurbanov “ağ-qaralar”da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

43 yaşlı mütəxəssis yeni komandası ilə 2 llik müqavilə bağlayıb.

Sənan Qurbanov 2018/2019 mövsümündə “Qəbələ”yə, 2020/2021 mövsümündə isə “Keşlə”yə (indiki “Şamaxı”) baş məşqçi kimi Azərbaycan Kubokunu qazandırıb.

“Neftçi”də Adrian Mutunun digər köməkçiləri Alin-Nikolaye Çita (köməkçi məşqçi), Aurelian-Boqdan Patraşku (analitik məşqçi), Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və Mihai-Qavril Nedebandır (qapıçılar üzrə məşqçi).

S.Qurbanov bildirib ki, ona təklif kub rəhbərliyindən gəlib:

«Mutunun təyinatından az sonra mənimlə əlaqə saxladılar. İlk dəfə həmin vaxt görüşdük.

Sadəcə, avrokuboklara görə baş qarışıq olduğundan, arada iki-üç həftə lik fasçilə yarandı. Nəhayət, bugünlərdə yenidən görüşdük.

Deyildi ki, Mutu köməkçilərindən birinin azərbaycanlı olmasını istəyir. Sonra baş məşqçinin özüylə söhbət etdik.

Dünəndən buradayam. Komandanın təlim-məşq toplanışında iştirak edirəm.

İlk təəssüratlarım əladır. Sevinirəm ki, «Neftçi» kimi böyük klubda işləyəcəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar