“Neftçi”də məşqçilər korpusuna daha bir təyinat

14 Avqust 2023 14:20 Neftçi 875
“Neftçi”də məşqçilər korpusuna daha bir təyinat

“Neftçi”də baş məşqçi Adrian Mutunun seçimi və təqdimatı əsasında məşqçilər korpusuna daha bir təyinat reallaşıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Sənan Qurbanov “ağ-qaralar”da köməkçi məşqçi funksiyasını yerinə yetirəcək.

43 yaşlı mütəxəssis yeni komandası ilə 2 llik müqavilə bağlayıb.

Sənan Qurbanov 2018/2019 mövsümündə “Qəbələ”yə, 2020/2021 mövsümündə isə “Keşlə”yə (indiki “Şamaxı”) baş məşqçi kimi Azərbaycan Kubokunu qazandırıb.

“Neftçi”də Adrian Mutunun digər köməkçiləri Alin-Nikolaye Çita (köməkçi məşqçi), Aurelian-Boqdan Patraşku (analitik məşqçi), Miodraq Todorov (fiziki hazırlıq üzrə məşqçi) və Mihai-Qavril Nedebandır (qapıçılar üzrə məşqçi).

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!