Bir müddət əvvəl «Neftçi»yə gələn Kamil Məmmədovun konkret cavabdeh olduğu sahələr müəyyənləşib.
Komandanın rəisi postu ona tapşırılıb.
Bu da tanınmış agentin Adrian Mutu ilə yaxınlığından irəli gəlir. Axı rumıniyalı baş məşqçini bura məhz o gətirib.
K.Məmmədov rəis vəzifəsi ilə yanaşı, baş menecer vəzifəsini yerinə yetirəcək.
Düzdür, yeni futbolçuların axtarışıyla şəxsən özü məşğul olmayacaq, ancaq seçim zamanı son qərarı özü verəcək. Mutu ilə bərabər.
SPORTİNFO.AZ

