Mutu bu futbolçunun "Neftçi"də qalmasını istədi

14 Avqust 2023 07:40 Neftçi 2 708
Mutu bu futbolçunun "Neftçi"də qalmasını istədi

"Neftçi"nin qolkiperi Rza Cəfərov Misli Premyer Liqasında yarışan iki komandanın transfer siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, ssportal.a-a verilən məlumata görə, hər iki klub onu icarəyə götürmək istəyib. Hətta buna görə "Neftçi"yə müraciət də edilib.

Amma Adrian Mutu Cəfərovun komandadan ayrılmasına müsbət yanaşmayıb.

Belə ki, rumıniyalı mütəxəssis əsas komandada dörd qolkiperin yer almasını üstün tutub. Mutu əsas komandada dörd qapıçının olmasını istəyib.

Hazırda "Neftçi"nin əsas komandasında Rza daxil olmaqla dörd qapıçı yer alıb - İvan Brkiç, Aqil Məmmədov, Emil Balayev.

Cəfərovu bu yay heyətinə qatmaq istəyən komandalardan biri "Kəpəz" idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar