"Neftçi" Premyer Liqaya uğursuz start verdi.
Komanda ilk turda gözlənilmədən Gəncə səfərində "Kəpəz"ə uduzdu - 0:1.
Ardınca isə "ağ qaralar" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında "Beşiktaş"la bacarmadı - 1:3.
Amma ardıcıl məğlubiyyətlərə baxmayaraq, düşərgədə müsbət ab-havanın hökm sürdüyünü deyə bilərik.
Hər halda "Səbail"lə oyun öncəsi son məşqdə yaşananlar belə deməyə əsas verir.
Siz də təqdim edəcəyimiz 3 məqama baxdıqdan sonra, yəqin ki, bizimlə razılaşarsız.
1. Ötənlərin məşhur futbolçusu Adrian Mutu yüksəkdən gələn topu ustaca ram edərəkən böyük alqış qazanır.
2. Yay fasiləsində düşərgəyə cəlb edilən braziliyalı Yuri Matias "qayçı" zərbəsi ilə hamını mat qoyur.
3. Ən yeni transfer Aaron Olanarenin dabanla əla zərbəsinə baxmağa dəyər.
İndi qalır, belə möhtəşəm performansı yaşıl meydanlarla daşımaq. Mutu məşqçi kimi, digərləri də futbolçu kimi.
XANOĞLAN / SPORTİNFO.AZ
Haqqında bəhs etdiyimiz videoya isə aşağıdakı linkdə baxa bilərsiz:

