Emin Mahmudov “Neftçi” ilə\ yeni müqavilə imzalamasından danışıb.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi kontraktın müddətini 2+1 illik uzatmağa təsadüfən razı olmadığını bildirib.
2017-ci ildən ağ-qara formanıə geyinən orta sahə oyunçusu qeyd edib ki, maliyyə məsələlərindəki anlaşmazlıqla bağlı söhbətlərin hardan çıxdığını bilmir:
“Əgər məsələ təkcə pul və ya daha çox qazanmaq olsaydı, inanın ki, geridə qalan 6 il ərzində dəfələrlə hətta indikindən də sərfəli şərtlərlə təkliflərim zolmuşdu.
Amma hər zaman sevildiyim yerdə, mənə doğma olan “Neftçi”də qalmağı seçmişəm”.

