«Neftçi»nin baş məşqçisi Adrian Mutu özünə yeni köməkçi götürüb.
Rumıniyalı mütəxəssisin budəfəki yardımçısı azərbaycanlıdır.
İki ilə yaxındır işiz olan Sənan Qurbanov onun korpusuna daxil edilib. Sonuncu dəfə «Şamaxı»nı çalışdırmış Qurbanovla 1 illik müqavilə imzalanıb.
O, ümumi hazırlıq üzrə Mutunun «sağ əli» olmağa razılaşıb.
Sənan bəyin missiyası həmçinin futbolçularla baş məşqçi arasında «körpü» olmaq, nizam-intizama nəzarət, onların nə düşündüyü, özlərini necə aparmaları barədə rumını məlumatlandırmaqdır.
Maraq üçün onu da bildirək ki, Qurbanovun oğlu Ömər də bir müddətdir əsas komandaya cəlb olunub.
SPORTİNFO.AZ

