"Neftçi" ilə oyuna çıxan “Beşiktaş”lı kimdən ŞİKAYƏTLƏNDİ?

12 Avqust 2023 23:20 Neftçi 1 483
"Neftçi" ilə oyuna çıxan “Beşiktaş”lı kimdən ŞİKAYƏTLƏNDİ?

"Matça yaxşı başlamışdıq. İlk hissədə çox yaxşı çıxış etdik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Beşiktaş"ın futbolçusu Onur Bulut Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda "Neftçi"yə qalib gəldikləri ilk oyun (3:1) haqda danışarkən deyib.

O, komandasının 2-ci hissədəki oyununda narazı qaldığını bildirib: "İkinci hissədə istədiyimiz kimi oynamadıq.

İstədiyimiz oyunu 90 dəqiqə ərzində oynamalıyıq. Mövsümə yeni başlamışıq.

Bu, 3-cü oyunumuzdur. İnşallah, qarşıdakı görüşlərin ikinci hissəsində daha yaxşı çıxış edərik".

Matçlarda fərqli mövqelərdə də oynamağı bacaran 29 yaşlı müdafiəçi komandasının uğur qazanması üçün əlindən gələni etdiyini deyib:

"Komanda üçün əlimdən gələni etməyə çalışıram. Bir neçə mövqedə oynaya bilirəm.

Oyundan-oyuna inkişaf edirəm. Mən bura sağ cinah müdafiəçisi olaraq gəlmişəm.

Amma hazırda mənə başqa iş tapşırılır. Verilən tapşırıqları yerinə yetirməyə çalışıram".

Bu komandalar arasında cavab matçı avqustun 17-də İstanbulda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar