"Beşiktaş"dan çəkinirdik" - "Neftçi"nin yeni hücumçusu

12 Avqust 2023 09:00 Neftçi 1 145
"Beşiktaş"dan çəkinirdik" - "Neftçi"nin yeni  hücumçusu

"Neftçi" Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilm oyununda Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Andre Şinyaşiki matç haqda salları cavablandırıb:

- Matç mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azarkeşlərimizin qarşısında ilk oyunum idi. Onların dəstəyi ilə komanda sona kimi yaxşı oyun nümayiş etdirdi.

- İlk hissədə "Neftçi" zəif təsir bağışlayırdı. Fasilədən sonra nə dəyişdi?

- Düşünürəm ki, birinci hissədə komanda olaraq rəqibdən çəkinirdik. Çünki, "Beşiktaş" güclü komandadır. Rəqibin kimliyindən asılı olmayaraq həmişə qorxmadan oyun nümayiş etdirmək lazımdır. İkinci hissədə özümüzü daha yaxşı tərəfdən göstərə bildik.

- İlk hissədə "Neftçi" zəif təsir bağışlayırdı. Fasilədən sonra nə dəyişdi?

- Düşünürəm ki, ilk hissədə komanda olaraq rəqibdən çəkinirdik. Çünki, "Beşiktaş" güclü komandadır. Rəqibin kimliyindən asılı olmayaraq həmişə qorxmadan oyun nümayiş etdirmək lazımdır. İkinci hissədə özümüzü daha yaxşı tərəfdən göstərə bildik.

- Matçın sonlarında qol vurmaq üçün bəxtdən başqa nə çatmadı?

- Bəli, bəxtimiz gətirmədi. Bəxtdən də əlavə komanda yeni qurulur, yeni futbolçular var. Hələ bir-birimizə uyğunlaşmalıyıq ki, epizodlardan yararlanaq

- Soy adın ənənəvi Braziliya soy adı deyil. Bu, nə ilə bağlıdır?

- Atam tərəfdən Yaponiyadan, anam tərəfdən İtaliyadanam. Bununla bağlıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar