2021-ci ilin dekabrında «Qəbələ»dən «Neftçi»yə dəvət olunan Zaur Əzizov fəaliyyətini burada davam etdirəcək.
Hər halda SOCAR onu klubda saxlamaq niyyətindədir.
Neft şirkətinin rəhbərliyinə yaxın mənbədən redaksiyamıza verilən məlumata görə,onunla bağlı «yuxarı»nın mövqeyi mənfi deyil.
Əzizovun idman direktoru kimi işini müzakirəyə çıxaran səlahiyyətli şəxslərin bir neçəsi onun yeni strukturda da təmsil olunmasının lehinə fikir söyləib.
Artıq bilirlər ki, komandanın ötən mövsümü uğursuz bitirməsində Əzizovun bir funksioner kimi ciddi rolu olmayıb.
Zaur bəyə real müstəvidə nə səlahiyyət verilibsə, o da həmin çərçivədə işini görməyə çalışıb, ondan kənara çıxmayb.
Üstəlik, «Qəbələ»nin sabiq baş meneceri bura gəldiyi tarixdən Kamran Quliyevin kadrı olmağa can atmayıb.
İkincinin prezidentliyi müddətində araları sərin olub, məsafə saxlayıb. Və digər tərəfdən, münasibətlərində gərginlik müşahidə edilib.
Ola bilsin ki, Əzizov yeni strukturda idman direktoru kimi təmsil olunmasın. Başqa vəzifəyə keçirilməsi istisna edilmir.
Yenə də hər şey özündən asılıdır. Son 2 ayda tamamilə kölgəyə çəkilən və proseslərə qarışmayan təcrübəli funksioner klubda digər işə keçirilməsinə qarşı çıxmasa, SOCAR bu işbirliyinin davam eləməsində maraqlıdır.
SPORTİNFO.AZ

