“Neftçi” yeni transferi Aaron Olanarenin adını Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş” ilə keçiriləcək oyunun iştirak ərizəsinə əlavə edib.
Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçunun adı üç hücumçudan biri kimi təqdim olunub.
29 yaşlı forvard bu gün “Neftçi Arena”da keçiriləcək qarşılaşmada baş məşqçi Adrian Mutunun sərəncamında olacaq.
“Neftçi” – “Beşiktaş” matçı bu gün saat 21:00-da başlayacaq.

