“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Beşiktaş”la qarşılaşacağı matç SOCAR-a məxsus “Haber Global” telekanalında canlı yayımlanacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə telekanalın paylaşdığı anonsda qeyd olunub.
Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da start götürəcək.
Oyunu isveçrəli hakim Lukas Fahndrix idarə edəcək.
Cavab oyunu bir həftə sonra İstanbulda oynanılacaq.

