Türkiyə klubundan ayrıldı, “Neftçi” ilə anlaşdı - Transfer

10 Avqust 2023 00:30 Neftçi 2 451
Türkiyə klubundan ayrıldı, “Neftçi” ilə anlaşdı - Transfer

"Neftçi" heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi "Erzurumspor"dan ayrılan 29 yaşlı hücumçu Aaron Sauel Olanareni transfer edib.

Nigeriyalı ilə 1 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 25 nömrəli formanı geyinəcək.

Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), “Volerenqa” (2012-2013), Norveçin “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ŞSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib.

Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.

“Neftçi” bundan əvvəl Azərbaycan millisinin üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi və sol vinger Andre Şinyaşiki ilə anlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!